Sahibə Qafarova Slovakiyada rəsmi səfərdədir
20:14 07 Oktyabr 2021
Oktyabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.
Bu barədə Femida.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Oktyabrın 7-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Səfər oktyabrın 9-da başa çatacaq.
Oxunub: 689
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Zelenski Rusiya mətbuatına müsahibə verib
- Göygöldə ev sahibəsinə qarşı soyğunçuluq edilib
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova: "Azərbaycan COVID-19-a qarşı mühüm addımlar atıb"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib