Azərbaycan nefti yenidən bahalaşıb


10:36     08 Oktyabr 2021 2021/10/3784E83A-C050-4841-ACAD-FE3C60A8DBA4_1633675048.jpeg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,64 ABŞ dolları, yaxud 0,77 % artıb.

Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,81 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Femida.az

Açar sözlər: #Neft    

Oxunub: 726