Marketdə yararsız məhsullar aşkarlanıb


11:07     08 Oktyabr 2021 2021/10/8277738C-3368-40F6-A694-5C8393779632_1633677283.png

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirib.

AQTA-dan Femida.az -a verilən məlumata görə, yoxlama zamanı marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.

Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


Femida.az

Açar sözlər: #AQTA    

Oxunub: 251