Xırdalanda ər 22 yaşlı arvadını öldürdü


12:11     08 Oktyabr 2021 2021/10/D115BAB5-7895-4601-A90B-67503B26729D_1633681274.jpeg

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Prokurorluqdan Femida.az -za verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarova yaşadığı evdə öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əri, 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #Cinayət    

Oxunub: 544