İrəvanda "çəngəlli terror" əməliyyatı


12:28     08 Oktyabr 2021 2021/10/194B2BC2-F393-46B9-B62F-02D287132592_1633683412.png

Bu gün Ermənistanda maraqlı intihar cəhdi olub. Femida.az xəbər verir ki, İrəvanda səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidməti və polis xüsusi əməliyyat keçirib.

Vətəndaşlar aidiyyəti qurumlara terrora cəhd adıyla xəbər versələr də, hadisə yerinə gələn FHN və polis gülməli mənzərənin şahidi olub. Adı açıqlanmayan vətəndaş Muş motelinin yaxınlığında ağaca dırmaşaraq özünə çəngəllə xəsarət yetirəcəyini deyib.

Polis və xilasedicilər çəngəlli canini ağacdan endirməyə nail olublar. Cani Erebuni polis bölməsinə aparılıb. Təxminən 30-35 yaşlarında olan erməni ilə bağlı materiallar hazırlanır, onun kimliyi araşdırılır.


Femida.az

Açar sözlər: #İrəvan    

Oxunub: 471