Çavuşoğlu Ermənistan-Azərbaycan münasibətlərindən danışdı


14:24     08 Oktyabr 2021 2021/10/EF13E769-48BC-4722-9D3A-D560341AEC95_1633688824.png

“Ermənistanla Azərbaycan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik".

Femida.az -ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında deyib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından dərhal sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılması təqdirəlayiq addımdır.

"Yenilikçi olmaqla yanaşı, prinsiplərimizi də rəhbər tutmalıyıq. Fərqli problemləri olan ölkələri bir araya gətirən tək təşkilat QDİƏT olub. Bu təşkilat regional əməkdaşlığa töhfə verir", - Çavuşoğlu deyib.

Qeyd edək ki, təşkilata üzv olan ölkələr Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyədir.


Femida.az

Açar sözlər: #Türkiyə   #Mövlud-Çavuşoğlu    

Oxunub: 503