Şuşada silah-sursat aşkar edilib


15:45     08 Oktyabr 2021 21_10_08_1633693634.jpg

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 760