Azərbaycanda peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq


16:12     08 Oktyabr 2021 21_10_08_1633693819.jpg

Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir.

"Report"un əldə etdiyi məlumata görə, qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Açar sözlər:

Oxunub: 775