Azərbaycan vətəndaşlarının Abu-Dabiyə girişinə karantin tələbi ləğv edilib


16:42     08 Oktyabr 2021 21_10_08_1633695403.jpg

Azərbaycan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə girişi üçün karantin tələbi ləğv edilib.

Femida.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, əmirliyin Mədəniyyət və Turizm Departamenti “yaşıl siyahı"ya daxil olan ölkələrin siyahısını yeniləyib. Bu dəfə siyahıya Azərbaycan da əlavə olunub. Ölkəmizin vətəndaşları Abu-Dabiyə çatdıqda karantində qalmalı olmayacaq. Amma onlardan yerli hava limanında PCR testindən keçmək tələb edilə bilər.

Açar sözlər:

Oxunub: 653