Texniki Universitetin baş müəllimi vəfat edib


19:12     08 Oktyabr 2021 21_10_08_1633704522.jpg

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.


Universitetdən Femida.az-a verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.
1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.

Açar sözlər:

Oxunub: 852