Azərbaycanın yunan-Roma güləşçisi bürünc medal qazanıb


20:57     08 Oktyabr 2021 21_10_08_1633710910.jpg

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Femida.az -ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-sü olub.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Açar sözlər:

Oxunub: 521