Hadrutun işğaldan azad edilməsinin ildönümüdür
09:11 09 Oktyabr 2021
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür.
Femida.az xəbər verir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.
Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad olunması xəbərini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib.
Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.
Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur. Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.
Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb.
Bu gün Hadrut da daxil olmaqla işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır.
Femida.az
Oxunub: 722
Oxşar xəbərlər
- Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib
- Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- "Zəfər yolu dediyimiz tarixi yol, Hadrut meşələrindən keçirdi”- İlham Əliyev
- "Hadrutda kütləvi səfalət hökm sürüb"- Prezident
- İlham Əliyev: "Ermənilər hesab edirdilər ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz"
- Prezident: "Ermənilər Hadruta İrandan XIX əsrdə köçürülüblər"
- "Hadrutu az itkilərlə götürmək əzmində idik və buna da nail olduq"- Dövlət başçısı
- Prezident: "Hadrut əməliyyatı ilə bir daha gücümüzü Ermənistana və dünyaya göstərdik"
- İlham Əliyev: "Hadrutun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı"