Batumidə binanın çökməsinə görə 3 nəfər saxlanılıb


10:10     09 Oktyabr 2021 2021/10/6091F7AA-3939-4379-9D37-11A3F5D2632E_1633760085.png

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.

Femida.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaq və əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onlardan biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir. Digər iki nəfər isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir. Müəyyən edilib ki, təmir işləri zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulub", - açıqlamada deyilir.

Xatırladaq ki, indiyədək binanın dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #Batumi   #Dağıntı    

Oxunub: 372