Türkiyə ilə İran arasında siyasi məsləhətləşmələr keçirilib


10:54     09 Oktyabr 2021 2021/10/88A13E46-E8A9-4C1D-A9DA-CA39F4CCE90B_1633762546.png

Ankarada Türkiyə və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə nümyəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal, İran heyətinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kənin rəhbərlik ediblər.

Məlumata görə, məsləhətləşmədə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılıb.




Femida.az

Açar sözlər: #Türkiyə   #İran    

Oxunub: 382