SOCAR: Yeraltı qaz anbarının tikintisi aktual deyil


21:27     07 Yanvar 2016 gas_line_300512.jpg

SOCAR yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı qaz anbarının tikintisini aktual məsələ hesab etmir.Femida.az-ın məlumatına görə, bunu ANS telekanalına müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.


Onun sözlərinə görə, Azərbaycanda qaza tələbatın artmasına baxmayaraq, NMR-də qaz istehlakı ildə orta hesabla 300 milyon kubmetr səviyyəsindədir, buna görə də orada qaz anbarının tikintisinə ehtiyac yoxdur.

V.Əliyev qeyd edib ki, ölkədə köhnə qaz yataqlarının - Qaradağ və Qalmaz - əsasında iki yeraltı qaz anbarı var: "Hazırda onların tutumu 4,5 milyard kubmetrədək təşkil edir ki, bu da Azərbaycanda daxili qaz istehlakının 30-35 faizini təşkil edir. Bu həcmlər qaza tələbatı ödəmək üçün kifayətdir".

Açar sözlər:

Oxunub: 1019