Rusiyada saxta içkidən 26 nəfər ölüb


11:26     09 Oktyabr 2021 2021/10/172DC865-61DC-4728-9A12-04C9202E5873_1633765708.png

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 26 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb. Məlumata görə, ümumilikdə 49 nəfər saxta içki qurbanı qeydə alınıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub. Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.


Femida.az

Açar sözlər: #Rusiya   #Araq    

Oxunub: 427