Batumidə ölənlərin sayı artıb - YENİLƏNİB -1


11:49     09 Oktyabr 2021 2021/10/6839EBA9-B358-4A7F-9EBC-2C810E50181A_1633766715.png

Hazırda Batumidə çökmüş yaşayış binasının dağıntıları altında üç nəfər axtarılır. Qəza nəticəsində ölənlərin sayı isə 6 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, binanın dağıntıları altından beş nəfərin cəsədi çıxarılıb. Ağır xəsarət alan 36 yaşlı qadın isə xəstəxanada ölüb.

***

Gürcüstanın Batumi şəhərində çökmüş yaşayış binasının dağıntıları altından daha bir nəfərin meyiti tapılıb.

Femida.az "Sputnik Gürcüstana" istinadla xəbər verir ki, meyiti tapılan azyaşlıdır.

İndiyədək ümumilikdə 5 nəfərin meyiti tapılıb. Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl 4 nəfərin həlak olması barədə məlumat verilmişdi.

***
Gürcüstanın Batumi şəhərində çökmüş yaşayış binasının dağıntıları altından bir nəfərin meyiti tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.

Onun sözlərinə görə, dağıntıların altında 10 nəfərin qaldığı ehtimal edilir. Onların arasında 2-3 uşaq ola bilər. Nazir axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedici cəlb edilib.



Femida.az

Açar sözlər: #Gürcüstan    

Oxunub: 422