Azərbaycan XİN Gürcüstana başsağlığı verib


12:38     09 Oktyabr 2021 2021/10/B5348799-6B3A-4AA9-B97C-82CA0BE45D0B_1633768743.jpeg

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan itkisi ilə bağlı başsağlığı verib.

Femida.az xəbər verir ki, bu barədə XİN-in Tviter hesabında paylaşım edilib.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - başsağlığında vurğulanıb.

Qeyd edək ki, Batumi şəhərində binanın çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfərin axtarışları davam etdirilir. Oktyabrın 11-də ölkədə matəm elan edilib.




Femida.az

Açar sözlər: #XİN   #Gürcüstan   #Başsağlığı    

Oxunub: 558