Hindistanın XİN rəhbəri Ermənistana səfər edəcək


13:26     09 Oktyabr 2021 2021/10/16F15FCA-A3D4-4819-92B8-49B7187516A7_1633772535.jpeg

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar oktyabrın 12-13-də Ermənistana rəsmi səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayılıb.

"Bu, Hindistan xarici işlər nazirinin müstəqil Ermənistana ilk səfəri olacaq", - açıqlamada deyilir.

Qeyd olunub ki, Caişankar Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədri Alen Simonyanla görüşlər keçirəcək. O, Ermənistana səfərindən əvvəl Qırğızıstanda (10-11 oktyabr) və Qazaxıstanda (11-12 oktyabr) səfərdə olacaq.

"Bu səfərlər üç ölkə ilə ikitərəfli əlaqələrimizdə hansı irəliləyişin əldə edildiyini anlamağa, eyni zamanda bölgədəki hadisələrlə bağlı fikir mübadiləsi aparmağa imkan verəcək", - XİN-in məlumatında vurğulanıb.


Femida.az

Açar sözlər: #Hindistan   #Ermənistan    

Oxunub: 494