SSRİ ABŞ-ı 5 il saxta silahla qorxudub: Uça bilməyən "Dal" raketi


13:39     09 Oktyabr 2021 2021/10/66221B0D-03AA-4DE8-ACBA-8900C943A5E8_1633772733.jpeg

Rusiya mediası SSRİ-nin ABŞ-ı hərbi hiylə ilə aldatmasından yazıb. Femida.az xəbər verir ki, məqalədə "Soyuq müharibə" dövründə Sovet imperiyasının Vaşinqtona müasir, təhlükəli raketə malik olmasını göstərdiyi xatırladılır.

Əslində isə həmin raket hətta uça bilmirmiş, nəinki ciddi təhlükə törətmək qabiliyyətinə malik ola. Beləcə SSRİ rəsmiləri yeni raketə malik olduqlarını iddia edərək ABŞ-ı düz beş il qorxu içində saxlayıb.

Bununla bağlı danışan hərbi ekspert Yuri Knutov deyib ki, okeanın o tayında bu tarixi yalana həqiqətən də inanıblarmış.



- Söhbət müasir S-400-ün sələfi olan "Dal" kompleksindən gedir. Ancaq o heç vaxt silahlanmaya verilmədi. Eyni zamanda, kompleksin yanında döyüş növbətçiliyi imitasiyası yaradıldı və raket Qırmızı meydandakı paradlarda də nümayiş etdirildi. Sözügedən raketin təkcə düşmən təyyarələrini deyil, böyük raketləri də məhv edə biləcəyi iddia edilirdi.

Knutov onu da vurğulayıb ki, ABŞ bu yalana, ölkəsinə yeni təhlükənin olduğuna inananaraq belə bir arsenala qarşı çıxa biləcək silahlar yaratmaq üçün milyardlarla dollar ayırıb.

Femida.az

Açar sözlər: #SSRİ   #ABŞ   #Raket    

Oxunub: 232