Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək


14:11     09 Oktyabr 2021 2021/10/A378DCA7-CCBD-42CA-BFE7-317B88C91165_1633774299.jpeg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək.

Femida.az xəbər verir ki, bu barədə Çavuşoğlu venesuelalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

XİN rəhbəri sabah Serbiyaya yola düşəcəyini, paytaxt Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçiriləcək yüksək səviyyəli yubiley toplantısında iştirak edəcəyini qeyd edib.

O, Türkiyənin Qoşulmama Hərəkatının üzvü olmadığını da xatırladıb.


Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 204