Mühafizəçi çalışdığı şirkətdən oğurluq etdi


14:44     09 Oktyabr 2021 2021/10/DCC3D960-CD79-4575-994C-C7FC425D6FE0_1633775760.jpeg

Bakıda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da “GM Construction” şirkətinə məxsus 14 000 manat dəyərində 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən oranın mühafizəçisi L. Yaqubov saxlanılıb.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 700