20 ilə yaxın həbsdə olan qadından heroin götürüldü


14:58     09 Oktyabr 2021 2021/10/95DC030F-7725-4D83-8425-3107F8EA7017_1633776710.jpeg

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Femida.az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T.Məmmədova Sumqayıt şəhəri “Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zaman üzərində heroin aşkarlanıb.

58 yaşlı T.Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. O, Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib.

T.Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunmuş və həbsxanada vəfat etmişdi.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 250