MN: "Azərbaycan Ordusunun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır"


16:54     09 Oktyabr 2021 21_10_09_1633784089.jpg

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ağdərə və Arazdəyən istiqamətində atəşkəsi pozması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən Femida.az-a bildirilib ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Açar sözlər:

Oxunub: 784