Dünyada edam cəzasını ləğv etmək üçün tədbir keçiriləcək


17:55     09 Oktyabr 2021 21_10_09_1633787755.jpg

Fransa hökuməti dünya boyu edam cəzasına qadağa qoyulmasına dair gələn ilin birinci yarısında beynəlxalq konfrans keçirmək niyyətindədir.

Femida.az xəbər verir ki, bunu Fransada edam cəzasının ləğv olunmasının 40 illiyi münasibətilə nitq söyləyən prezident Emanuel Makron bildirib.

“Fransanın Aİ sədrliyi çərçivəsində Parisdə konfrans keçirəcəyik. Məqsədimiz edam cəzasının hələ də qüvvədə olduğu ölkələrin hökumətlərini bu rüsvayçılıqdan əl çəkdirməkdir” – deyə dövlət başçısı vurğulayıb.

Fransa lideri həmçinin edam cəzasını tətbiq edən ölkələrin çıxarılmış və yerinə yetirilmiş ölüm hökmlərinin sayı barədə BMT-yə mütəmadi məlumat vermələrini nəzərdə tutan qətnamə layihəsini Avropa İttifaqının digər üzvlərilə birgə hazırlayaraq BMT Baş Assambleyasının qarşıdakı sessiyasına təqdim edəcəklərini bildirib.

Açar sözlər:

Oxunub: 796