FHN liftdə qalan 7 nəfəri xilas edib


10:32     10 Oktyabr 2021 2021/10/D164640F-D1E9-4369-A848-453231CB3839_1633847550.png

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Bu barədə Femida.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər: #Lift   #FHN    

Oxunub: 807