Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək


10:43     10 Oktyabr 2021 2021/10/5FDE7351-B45D-4A26-92E3-1B7BB156414B_1633848503.png

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.


Femida.az

Açar sözlər: #Müdafiə-Nazirliyi    

Oxunub: 976