İlham Əliyev: "Hadrutun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı"


13:08     10 Oktyabr 2021 2021/10/94F872FD-371A-4563-8C33-AD9DB0E15839_1633856969.png

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq.

Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən söyləyib.

Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”.

Prezident qeyd edib ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmasına və bəzi yaşayış məntəqələrindən onların tələm-tələsik qaçaraq çıxmasına baxmayaraq, Hadrutda dirəniş, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etdi. Lakin Azərbaycan əsgəri, zabiti qarşısında öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.



Femida.az

Açar sözlər: #Hadrut   #İlham-Əliyev    

Oxunub: 630