Prezident: "Ermənilər Hadruta İrandan XIX əsrdə köçürülüblər"
13:33 10 Oktyabr 2021
Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır. Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib: “Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.
Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistanın rəsmi orqanları çoxsaylı yalan məlumatlar yayıb. “Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Femida.az
Oxunub: 629
Oxşar xəbərlər
- Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib
- Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- "Zəfər yolu dediyimiz tarixi yol, Hadrut meşələrindən keçirdi”- İlham Əliyev
- "Hadrutda kütləvi səfalət hökm sürüb"- Prezident
- İlham Əliyev: "Ermənilər hesab edirdilər ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz"
- "Hadrutu az itkilərlə götürmək əzmində idik və buna da nail olduq"- Dövlət başçısı
- Prezident: "Hadrut əməliyyatı ilə bir daha gücümüzü Ermənistana və dünyaya göstərdik"
- İlham Əliyev: "Hadrutun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı"
- “Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq"- Prezident