"Qarşıya tam qələbə qazanmaq vəzifəsi qoyulmuşdu" - Dövlət başçısı


14:38     10 Oktyabr 2021 2021/10/B70C78A4-3567-4340-A0CB-B83E14C2B66A_1633862299.jpeg

"Son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdüm ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?!".

Femida.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 558


Oxşar xəbərlər