Bakıda iki rayonun kəsişməsində qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır


18:33     10 Oktyabr 2021 21_10_10_1633877315.jpg

Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 mm olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır.

Bu barədə Femida.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Əsas məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılması, hansısa xətdə qəza halı baş verərsə, digər xətdən qaz ötürməklə abonentləri dayanıqlı olaraq təbii qazla təmin etməkdir.

Ərazidən çoxsaylı yeraltı kommunikasiya xətlərinin keçməsi texnikanın işləməsinə mane olduğundan Birlik əməkdaşları işin ən ağır mərhələsini icra ediblər. Əl ilə qazma üsulundan istifadə edərək sözügedən ərazidə qazma işlərini yekunlaşdırıblar.

Artıq qoşma işləri həyata keçirilir, günün sonunadək işlərin yekunlaşdırılması nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 496