DİN: Göygöldə qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürülüb


19:04     10 Oktyabr 2021 21_10_10_1633878302.jpg

Göygöldə qanunsuz it yarışlarının keçirilməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.
E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Açar sözlər:

Oxunub: 548