Sumqayıtda ağır qəza: Ölən var


19:33     10 Oktyabr 2021 21_10_10_1633878943.jpg

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.

Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (apa)




Açar sözlər:

Oxunub: 545