Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatıb


20:43     10 Oktyabr 2021 21_10_10_1633884235.jpg

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən kütləvi zəhərlənmə nəticəsində daha iki nəfər həyatını itirib, bununla da ölənlərin sayı 34-ə çatıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli icra orqanının mətbuat xidmətindən bildirilib.

“10 oktyabr saat 19:00-a olan (Bakı vaxtı ilə 20:00) məlumata görə, bölgədə saxta alkoqollu içkidən 67 nəfərin zəhərləndiyi məlumdur, onlardan 34-ü ölüb. 24 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti qənaətbəxş, 6-sı evə buraxılmağa hazırlaşır, 2-nin vəziyyəti orta ağır, 7-nin vəziyyəti ağır, 4-ü süni tənəffüs aparatında qoşulub. 9 nəfərə ambulator müalicə göstərilir”, - mətbuat xidmətinin məlumatında belə deyilir.

Kütləvi zəhərlənmə faktı ilə bağlı 10 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 534