Naftalanda 35 yaşlı kişi anafilaktik şok nəticəsində ölüb


22:34     10 Oktyabr 2021 21_10_10_1633890920.jpg

Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.

Naftalan sakini, 1986-cı il təvəllüdlü D.Qasımov səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib.

Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 849