Kanadada atışma olub, ölən var


10:00     11 Oktyabr 2021 21_10_11_1633928460.jpg

Kanadanın Kalqari şəhərində (Alberta əyaləti) baş verən atışma nəticəsində bir nəfər həlak olub.

Femida.az xəbər verir ki, bu barədə CTV telekanalı bildirib.

Hadisə yerli gecə klublarından birinin ətrafında olub. Atışma haqqında çağırışa gələn polis əməkdaşları son dərəcə ağır vəziyyətdə olan təxminən 30 yaşlı kişini yerdə aşkarlayıblar. O, xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

Qeyd edilir ki, xəstəxanaya eyni zamanda üzərində güllə yaraları olan başqa kişi də müraciət edib. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hazırda polis bu iki şəxs və onların eyni hadisə ilə əlaqəli olub-olmadığını müəyyənləşdirir.

Hadisənin təfərrüatı açqlanmır.

Açar sözlər:

Oxunub: 749