Türkiyədə iki dəfə zəlzələ olub


09:42     11 Oktyabr 2021 21_10_11_1633929018.jpg

Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Femida.az DHA-ya istinadən xəbər verir.

Məlumata görö, yeraltı təkanlar Vanda qeydə alınıb.

Tuşba rayonunda dünən baş verən zəlzələ 3,4 maqnitudada olub. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, ilk təkanlardan bir neçə dəqiqə sonra Tuşbada 3,5 maqnitudada ikinci zəlzələ olub. Zəlzələ ocağı 6,9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

Açar sözlər:

Oxunub: 515