Suriyada türk polisinə hücum olub, ölən və yaralananlar var


10:18     11 Oktyabr 2021 21_10_11_1633929550.jpg

Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyə polisinə hücum edib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə “Fərat qalxanı” əməliyyat zonasında baş verib. Belə ki, Türkiyənin zirehli polis maşını terrorçular tərəfindən vurulub. Post-patrul xidməti aparan polis əməkdaşlarına hücum zamanı 2 asayiş keşikçisi həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 226