Şəkidə avtomobil yanıb


10:22     11 Oktyabr 2021 21_10_11_1633929741.jpg

Şəki rayonunda minik avtomobili yanıb.

Femida.az -ın məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.

Şəki şəhər sakini Tural Nazim oğlu Üzeyirova məxsus "VAZ 2115" markalı, 55-BR-047 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 228