Yevlaxda piyadanı avtomobil vurub


10:38     11 Oktyabr 2021 21_10_11_1633930722.jpg

Yevlaxda yoldan heyvanları keçirən yaşlı qadını maşın vurub.

Femida.az -ın məlumatına görə, hadisə Salahlı kəndi ərazisindən keçən magistralda baş verib.

"Niva" markalı avtomobil yolun digər tərəfinə heyvanları keçirən 1956-cı il təvəllüdlü kənd sakini Qasımova Firəngiz Cəfər qızını vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 764