Göyçayda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
10:59 11 Oktyabr 2021
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, yoxlama zamanı rayonun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekt sahibi Tərlan Cavadov inzibati məsuliyyətə cəlb edilərək 4000 manat məbləğində cərimələnib.
Rayonun Alxasava və Ləkçıplaq kəndlərində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy mərasimlərində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Toy təşkilatçıları Ayaz Əkbərov və Şahid Şıxəliyev barəsində protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimə olunub.
Oxunub: 488
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var