Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq


12:28     11 Oktyabr 2021 21_10_11_1633939249.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

Açar sözlər:

Oxunub: 806