Səhiyyə Nazirliyi üçüncü dozanın vurulması ilə bağlı əhaliyə müraciət edib
12:33 11 Oktyabr 2021
“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Bu barədə Femida.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.
Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır.
Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.
Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.
Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.
Oxunub: 830
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ
- Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, yeniləri təyin olunub
- Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə çağırış edib