Ermənistanın daha bir "nou-hau"su


15:05     11 Oktyabr 2021 2021/10/BB8B40B7-A320-4B7A-9A33-9301D0D5A162_1633953850.png

"Ermənistan yeganə Avropa ölkəsidir ki, 3 müxalifətçi deputatı, özü də parlamentin icazəsi olmadan, qanunsuz şəkildə həbs edib. ABŞ-ın, Avropa İttifaqı ölkələrinin səfirləri isə qətiyyətlə susqunluq nümayiş etdirirlər".

Femida.az xəbər verir ki, bunu parlamentdə «Ermənistan» fraksiyasının deputatı Aram Vardevanyan öz “Facebook” səhifəsində yazıb. O bu bəyanatla birgə 9 il əvvəl o vaxtkı ABŞ səfirinin müxalifətçi deputat Vardan Oskanyanın təqibindən danışdığı videoçarxı da yerləşdirib.

- ABŞ-ın Ermənistandakı səfiri həmin vaxt konkret şərhlər verməklə müxalifətçi deputat Vardan Oskanyanın cinayət məsuliyyətinə cəlb olunaraq təqib edildiyindən danışırdı. Səfiri “ölkənin daxil işi” anlayışı da çəkindirmirdi. Xatırladaq ki, Ermənistan 3 müxalifətçi deputatı, özü də parlamentin razılığı olmadan, həbs edən yeganə Avropa ölkəsidir. ABŞ-ın, Avropa İttifaqı ölkələrinin səfirləri isə qətiyyətlə susurlar,- Vardevanyan yazıb.



Femida.az

Açar sözlər: #Ermənistan   #müxalifət    

Oxunub: 847