Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb


17:05     11 Oktyabr 2021 2021/10/FF168649-3EC5-49D2-91A2-7BD898F79F3C_1633959778.png

Oktyabrın 11-də Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə Femida.az - a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Femida.az

Açar sözlər: #Azərbaycan   #Türkiyə    

Oxunub: 877