Hələbdə bir türk əsgəri ölüb, üç nəfər yaralanıb


17:59     11 Oktyabr 2021 2021/10/D42C459D-9959-4F5C-A1A9-A816FCC8E8BF_1633960451.png

Suriyanın Hələb əyalətində türk hərbçilərini daşıyan hərbi maşın raket zərbəsi nəticəsində partlayıb.

Femida.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, avtomobil Hələb əyalətinin Marea şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində dayanarkən mərmi atılıb. İlkin məlumata görə, hadisə nəticəsində bir türk əsgəri ölüb, daha üçü yaralanıb.


Femida.az

Açar sözlər: #Suriya   #Türkiyə   #Partlayış    

Oxunub: 848