Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb" - "Yeni Klinika"


19:15     11 Oktyabr 2021 2021/10/AC7C9573-8BF5-495F-AFDF-125D688E19F2_1633966611.png

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan Femida.az - a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.


Femida.az

Açar sözlər: #ElnurƏşrəfoğlu    

Oxunub: 648