Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 qurum nəzarət edəcək


19:59     11 Oktyabr 2021 2021/10/33C58EAD-8431-41BC-8E52-C92DB4768C1C_1633967993.png

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Femida.az xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

- Mərkəzi Bank;

- Maliyyə Nazirliyi;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

- Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.



Femida.az

Açar sözlər:

Oxunub: 939