BMT “Taliban”ı qadın hüquqlarına hörmət etməyə çağırıb


09:25     12 Oktyabr 2021 21_10_12_1634012762.jpg

BMT-nin Baş katibi Antonio Quterreş “Taliban”ın qadın və qızların hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən narahat olduğunu bildirib

Femida.az RİA Novostiyə istinadən xəbər verir ki, Baş katib hərəkatı vədlərinə əməl etməyə çağırıb.

"Xüsusilə, “Taliban” tərəfindən Əfqanıstan qadın və qızlarına verilən vədlərin pozulmasından narahatam. Vədlərin yerinə yetirilməməsi Əfqanıstan qadınlarının və qızlarının xəyallarının puç olmasına səbəb olur”, deyə Quterreş bildirib.

Açar sözlər:

Oxunub: 396