ABŞ-da təyyarə yaşayış binalarının üzərinə düşüb, ölən və yaralananlar var - VİDEO


09:39     12 Oktyabr 2021 2021/10/6164cb01f0c626164cb01f0c6316339955216164cb01f0c5f6164cb01f0c61_1634013674.jpg

ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq məktəb düşərgəsindəki yaşayış binalarının üzərinə düşüb.

Femida.az “NBC” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hələlik ölənlərin kimliyi müəyyən edilməyib.

ABŞ Federal Aviasiya Administrasiyasının sözçüsü də öz növbəsində təyyarədə olanların sayının dəqiqləşdirildiyini bildirib.

Qəza nəticəsində iki binada yanğın baş verib. Düşərgədəki bütün şagirdlərin təhlükəsiz yerə təxliyə edildiyi bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.



Açar sözlər:

Oxunub: 814